"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 7, maddə 586; 2007, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008, No– 3, maddə 155, No– 6, maddə 481, No– 8, maddələr 694, 710; 2009, No– 6, maddə 399, No– 11, maddə 878; 2010, No– 3, maddə 171, No– 4, maddə 273, No– 11, maddə 944; 2011, No– 2, maddələr 71, 72; 2012, No– 11, maddə 1040; 2015, No– 10, maddə 1089) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.3-cü maddədə “Verilmiş şikayət” sözləri “Bu Qanunun 19.4-cü maddəsinə əsasən intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, verilmiş şikayət” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 19.4-cü maddə əlavə edilsin:
“19.4. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may 2016-cı il
No– 240-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU