"İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 18; 2001, No– 11, maddə 687, No– 12, maddə 731; 2003, No– 1, maddə 23; 2004, No– 2, maddə 57, No– 3, maddə 133; 2006, No– 11, maddə 928; 2007, No– 1, maddə 4, No– 7, maddə 712; 2010, No– 7, maddə 591; 2011, No– 6, maddə 477, No– 7, maddə 584, No– 12, maddə 1092; 2013, No– 7, maddə 788; 2015, No– 3, maddə 252) 11-ci maddəsinin beşinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2016-cı il
No– 248-VQD
Fayl şəklində yüklə