"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 480; 2001, No– 11, maddə 676, No– 12, maddə 744; 2004, No– 4, maddə 202, No– 9, maddə 667; 2005, No– 2, maddə 62; 2007, No–7, maddə 712; 2008, No– 5, maddə 339; 2009, No– 6, maddə 395; 2010, No– 3, maddə 173, No–4, maddə 276) 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində “İqtisadi siyasət” sözləri “İqtisadi siyasət, sənaye və sahibkarlıq” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2016-cı il
No– 246-VQD
Fayl şəklində yüklə