Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli
miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 697, No– 12, maddə 1085; 2010, No– 5, maddə 382) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. I siyahı. Narkotik vasitələr” fəsli üzrə:
1.1. "Külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri" qrafasında "yuxarı" sözü "aşağı" sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 21-30-cu maddələr əlavə edilsin:

21.

AH-7921

0,05

2,5

22.

AM-2201

0,01

0,05

23.

5F-AKB-48

0,05

0,25

24.

JWH-015

0,05

0,25

25.

JWH-018   

0,01

0,05

26.

JWH-122

0,05

0,25

27.

JWH-210

0,05

0,25

28.

Oripavin (3-O-dimetiltebain)

0,2

1

29.

UR-144 (fenil sianid 2,4,6-triizopropil)

0,05

0,25

30.

Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid)

0,5

2,5

 

 

2. “II siyahı. Psixotrop maddələr” fəsli üzrə:
2.1. “Külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri” qrafasında “yuxarı” sözü “aşağı” sözü ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 105-111-ci maddələr əlavə edilsin:

 

 

105.

25B-NBOMe (2C-B-NBOMe)

0,0005

0,0015

106.

BZP-N-benzilpiperazin

0,3

1,5

107.

25C-NBOMe (2C-C-NBOMe)

0,0005

0,0015

108

25I-NBOMe (2C-I-NBOMe)

0,0005

0,0015

109.

MDPV-3,4-metilendioksipirovaleron

0,6

3,0

110.

mefedron (4-metilmetkatinon)

0,2

2,5

111.

metilon (beta-keto-MDMA)

0,2

2,5

 

 

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may 2016-cı il
No– 254-VQD


 

 


 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU