Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, I kitab, maddə 250, No– 5, maddə 323; 2002, No– 12, maddə 709; 2003, No– 8, maddə 420; 2004, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007, No– 2, maddə 80, No– 6, maddə 560, No– 8, maddə 745, No– 10, maddə 937, No– 11, maddə 1053, No– 12, maddələr 1215, 1219; 2008, No– 3, maddə 145, No– 6, maddə 456, No– 7, maddə 602, No– 12, maddə 1049; 2009, No– 2, maddə 47, No– 5, maddə 295, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 2, maddə 75, No– 3, maddə 171, No– 4, maddələr 265, 266, 276; 2011, No– 2, maddə 71, No– 7, maddə 586, No– 8, maddə 750, No– 12, maddələr 1073, 1102; 2012, No– 1, maddə 5, No– 5, maddə 403, No– 6, maddə 498; 2013, No– 1, maddə 15, No– 6, maddə 620, No– 11, maddə 1280, No– 12, maddələr 1469, 1478; 2014, No– 2, maddə 96, No– 7, maddə 768; 2015, No– 3, maddə 254, No– 5, maddə 512, No– 7, maddə 814, No– 10, maddə 1093; 2016, No– 1, maddə 26, No– 2, I kitab, maddələr 186, 204, No– 3, maddə 401; Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 186-VQD və 192-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 218.3-cü maddədə “satıcının” sözü “alıcının” sözü ilə əvəz edilsin.
2. 740-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2016-cı il
No– 269-VQD
Fayl şəklində yüklə