"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 2, maddə 56; 2015, No– 2, maddə 92, No– 5, maddə 496, No– 7, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:
1. 21.1-ci maddədə “filiallarında” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə edilsin;
2. 21.1.4-cü maddədə “ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)” sözləri “əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada” sözləri ilə əvəz edilsin;
3. 21.1.5-ci maddədə “pilləsində (bakalavriat)” sözləri “pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
No– 279-VQD
Fayl şəklində yüklə