"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  q ə r a r a   a l ı r :

1. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 4, II kitab, maddə 171; 2006, No– 12, maddə 1005) 2-ci maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilsin.

2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 12, maddə 1080; 2007, No– 8, maddə 756; 2010, No– 3, maddələr 171, 172; 2011, No– 3, maddə 162, No– 7, maddə 617; 2012, No– 5, maddə 405, No– 7, maddə 653; 2015, No– 2, maddə 81, No– 11, maddə 1291) 4.2.3-cü maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilsin.

3. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, No– 1, maddə 1) 11.2-ci maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyun 2016-cı il
No– 281-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU