"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 4, maddə 79; 1993, No– 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 378; 1998, No– 1, maddələr 15, 16; 1999, No– 4, maddə 228, No– 5, maddə 286; 2001, No– 6, maddələr 362, 363, No– 11, maddə 694, No– 12, maddələr 731, 736; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddələr 199, 212, No– 7, maddə 507, No– 8, maddə 596; 2005, No– 10, maddə 871, No– 12, maddə 1093; 2006, No– 4, maddə 312, No– 11, maddə 933; 2007, No– 6, maddə 561, No– 8, maddə 756, No– 11, maddələr 1053, 1078; 2008, No– 3, maddə 156, No– 6, maddələr 462, 481, No– 8, maddə 709, No– 12, maddə 1048; 2010, No– 3, maddə 171, No– 6, maddə 482; 2011, No– 2, maddə 71; 2014, No– 11, maddə 1333; 2015, No– 10, maddə 1085) 22-ci maddəsinin dördüncü hissəsində “15 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyun 2016-cı il
No– 283-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU