"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,2004-cü il, N 3, maddə 130) aşağıdakı əlavə edilsin:
Qanunun 36.6-cı maddəsinin birinci abzasına aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur.".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
N 853 - IIQD

