"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 452, No– 12, maddə 731; 2002, No– 12, maddə 706; 2005, No– 10, maddə 902; 2006, No– 11, maddə 927; 2007, No– 1, maddələr 1, 4, No– 2, maddə 82, No– 6, maddə 570, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008, No– 3, maddə 155, No– 4, maddə 250, No– 8, maddə 696; 2009, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010, No– 3, maddə 171, No– 11, maddə 944; 2011, No– 2, maddə 71, No– 11, maddə 988; 2012, No– 11, maddə 1039; 2014, No– 3, maddə 238; 2016, No– 2, I kitab, maddə 193) aşağıdakı dəyişikliklər edilsin:

1. 26.1-ci maddədə “və vəzifələrini layiqincə icra etmədiyinə” sözləri “, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə” sözləri ilə əvəz edilsin.

2. 27.6-cı maddədə “bir” sözü “üç” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyun 2016-cı il
No– 295-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU