"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, No– 2, maddə 69) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.3-cü maddədə “Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul” sözləri “Qanununun 4.1-ci maddəsində müəyyən” sözləri ilə əvəz edilsin.
2. 4.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;”.
3. 80.0.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“80.0.2.3. “maliyyə bazarları tənzimləyicisinin qərarları”;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il
No– 304-VKQD
Fayl şəklində yüklə