Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115; 2012, No– 6, maddələr 500, 513, No– 7, maddə 652, No– 9, maddə 841, No– 12, maddə 1226; 2013, No– 2, maddə 91, No– 4, maddə 366, No– 11, maddə 1278, No– 12, maddələr 1483, 1486, 1495; 2014, No– 2, maddələr 94, 98, No– 7, maddə 770, No– 8, maddə 957, No– 10, maddə 1158, No– 12, maddə 1525; 2015, No– 1, maddə 11, No– 12, maddə 1433; 2016, No– 2, I kitab, maddə 207, No– 3, maddələr 396, 402; No–6, maddələr 973, 974) 24.0.2-1-ci maddəsində “həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 (iki) iş günü ərzində məhkəməyə müraciət etmək” sözləri “dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il
No– 314-VQD
Fayl şəklində yüklə