"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 477; 2001, No– 11, maddə 687, No– 12, maddələr 731, 736; 2002, No– 5, maddə 241, No– 6, maddə 328; 2006, No– 2, maddə 75; 2007, No– 6, maddə 561, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602; 2010,   No– 4, maddə 275; 2013, No– 5, maddə 477) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” abzasında “orta peşə-ixtisas təhsili müəssisələrində” sözləri “orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddədə:
2.1. birinci hissədə “dövlət təhsil müəssisələrində,” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində,” sözləri, “həmin təhsil müəssisəsini” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri əlavə edilsin;
2.2. ikinci hissədə “təhsili müəssisələrində” sözlərindən sonra, üçüncü hissədə “təhsil müəssisəsində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri əlavə edilsin;
2.3. dördüncü hissədə və beşinci hissənin birinci cümləsində “orta peşə-ixtisas təhsili müəssisələrində” sözləri “orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri ilə əvəz edilsin;
2.4. beşinci hissənin ikinci cümləsinə “müəssisələr” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri əlavə edilsin;
2.5. yeddinci hissədə “orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini” sözləri “ümumi təhsil, orta iÑ…tisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri ilə əvəz edilsin.

3. 7-ci maddədə:
3.1.  birinci hissənin birinci cümləsində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri əlavə edilsin;
3.2.  ikinci hissənin birinci cümləsində “təhsil müəssisələrini” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 oktyabr 2016-cı il
No– 337-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU