Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2, I kitab, maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4 maddələr 631, 647, 654, No– 5 maddələr 835, 846, No– 6 maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249) 602.4-cü maddəsində “verilməməsinə və” sözləri “verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2016-cı il
No– 341-VQD
Fayl şəklində yüklə