"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 12, maddə 984; 2007, No– 6, maddə 562, No– 10, maddə 938, No– 12, maddə 1196; 2009, No– 6, maddə 404, No– 7, maddələr 507, 517; 2010, No– 10, maddə 839; 2011, No– 7, maddə 612; 2014, No–11, maddə 1371; 2015, No– 6, maddə 684, No– 11, maddə 1296; 2016, No– 3, maddə 405) aşağıdakı məzmunda 54.3-1-ci maddə əlavə edilsin:
“54.3-1. Mərkəzi Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2016-cı il
No– 343-VQD
Fayl şəklində yüklə