"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Maddə 1. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 690; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddə 242; 2004, No– 4, maddə 202; 2005, No– 2, maddə 62; 2007, No– 11, maddə 1082; 2010, No– 3, maddə 173; 2011, No– 12, maddə 1075; 2015, No– 2, maddə 86) 7-ci maddəsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;”.
Maddə 2. Bu Qanun 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2016-cı il
No– 351-VQD
Fayl şəklində yüklə