"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddələr 171, 226, No– 4, maddə 287; 1998, No– 1, maddə 16; 2001, No– 12, maddə 736; 2002, No– 6, maddə 328, No– 12, maddə 692; 2003, No– 1, maddə 16; 2005, No– 8, maddə 684; 2009, No– 5, maddə 314, No– 7, maddələr 512, 517; 2011, No– 2, maddə 71, No– 7, maddə 604; 2013, No– 3, maddə 217, No– 4, maddə 355; 2015, No– 4, maddələr 364, 367, No– 11, maddə 1257, No– 12, maddə 1443) 12-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci hissəyə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
“3-1) dini ekstremist fəaliyyətlə məşğul olma;”.
2. Aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2016-cı il
No– 367-VQD
Fayl şəklində yüklə