"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında" Sazişə tərəflər arasında razılaşdırılmış Əlavənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında" Azərbaycan Respublikasının 1996-cı il 16 iyul Qanunu ilə təsdiq edilmiş Sazişə tərəflər arasında razılaşdırılmış Əlavə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2003-cü il
No– 444 - IIQ