"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, I kitab, maddə 125; 2001, No– 12, maddələr 731, 736; 2004, No– 11, maddə 901; 2006, No– 6, maddə 478; 2007, No– 5, maddə 436, No– 10, maddə 938; 2008, No– 5, maddə 348, No– 7, maddə 602; 2012, No– 6, maddə 506; 2013, No– 6, maddələr 599, 624; 2014, No– 4, maddə 341, No– 7, maddə 775; 2016, No–, 2 maddə 200) 29-cu maddəsinin səkkizinci hissəsində “fövqəladə şəraitlər” sözlərindən sonra “və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2016-cı il
No– 376-VQD
Fayl şəklində yüklə