"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı qərara alır:
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 10, maddə 870; 2007, No– 11, maddə 1088; 2008, No– 2, maddə 49, No– 4, maddə 249, No– 6, maddə 464; 2009, No– 7, maddə 517; 2010, No– 4, maddə 276, 2014, No– 10, maddə 1164) 16.3-cü maddəsində “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 402-VQD
Fayl şəklində yüklə