"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının     Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No– 7, maddə 813; 2016, No– 3, maddə 411) aşağıdakı dəyişikliklər edilsin:

1.  1.0.5-ci maddənin birinci cümləsinə və 1.0.18-ci maddəyə “şəxs” sözündən əvvəl “hüquqi” sözü əlavə edilsin.

2.  1.0.23-cü maddəyə “alətlərindən” sözündən sonra “, habelə pul vəsaitindən” sözləri əlavə edilsin.

3.   5.6.3-cü maddədə “olmadıqda” sözü “olduqda” sözü ilə əvəz edilsin.

4.  38.3-cü maddənin birinci cümləsində “icrası” sözü “icrasına dair daxili” sözləri ilə əvəz edilsin.

5.   62.6.1.4-cü maddədə “təsisçilərin” sözü “mühüm iştirak payı sahiblərinin” sözləri ilə əvəz edilsin.

6.  79.1.9-cu maddəyə “götürənləri” sözündən sonra “(götürülənləri)” sözü əlavə edilsin.

7.   83.0.7-ci maddədən “qiymətlərlə” sözü çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 390-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU