Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi"nə qoşulmaq haqqında
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi"nə qoşulmaq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:
I. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 1977-ci il 28 aprel tarixli "Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi"nə qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2003-cü il
No– 446 - IIQ

