Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284 IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001, No– 1, maddə 24, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007, No– 2, maddə 68, No– 5, maddə 398, No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No– 12, maddə 1221; 2008, No– 6, maddələr 454, 461, No– 7, maddə 602, No– 10, maddə 884, No– 12, maddələr 1047, 1049; 2009, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 953; 2010, No– 2, maddə 70, No– 3, maddələr 171, 178, No– 4, maddələr 275, 276, No– 7, maddə 591; 2011, No– 4, maddə 253, No– 6, maddə 472, No– 7, maddələr 587, 601, 621, No– 11, maddə 980, No– 12, maddə 1093; 2012, No– 2, maddə 45, No– 3, maddələr 193, 196, No– 7, maddələr 666, 669, 673, No– 11, maddə 1068, No– 12, maddə 1223; 2013, No– 1, maddə 14, No– 2, maddə 102, No– 4, maddə 364, No– 5, maddələr 459, 479, 481, No– 6, maddələr 594, 600, No– 11, maddələr 1264, 1286, 1312, No– 12, maddə 1492; 2014, No– 2, maddələr 89, 95, No– 4, maddə 327, No– 6, maddələr 618, 622; 2015, No– 4, maddələr 339, 359, 368, No– 5, maddələr 504, 508, 510, No– 6, maddələr 678, 690, 692, No– 11, maddələr 1253, 1268, 1289,1298; No– 12, maddə 1437, 1445; 2016, No– 4, maddələr 634, 636, 638, 653, No– 5, maddə 845, No– 6, maddələr 993, 1001) aşağıdakı dəyişikliklər edilsin:
1. 202-2-ci maddə üzrə:
1.1. adında “xidməti” sözü “insayd” sözü ilə əvəz edilsin;
1.2. 202-2.1-ci maddədə “xidməti istifadə üçün nəzərdə tutulmuş” sözləri “insayd” sözü ilə əvəz edilsin;
1.3. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində “insayd məlumat” və “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə tutulmuş məlumat və şəxslər başa düşülür.”.
2. 203.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“203.1. Qiymətli kağızların emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda -”.
3. 203-1-ci maddə üzrə:
3.1. adında “qiymətlərlə manipulyasiya” sözləri “manipulyasiyalar” sözü ilə əvəz edilsin;
3.2. 203-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“203-1.1. Qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -”;
3.3. 203-1.2.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin və 203-1.2.3-cü maddə ləğv edilsin;
3.4. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu Məcəllənin 203-1.1-ci maddəsində “manipulyasiyalar” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində nəzərdə tutulmuş hərəkətlər başa düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 386-VQD
Fayl şəklində yüklə