"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 472; 2001, No– 3, maddə 148; 2002, No– 5, maddə 238; 2003, No– 4, maddə 178; 2004, No– 2, maddə 57, No– 4, maddə 201; 2008, No– 2, maddə 47; 2009, No– 10, maddə 769; 2013, No– 3, maddə 209; 2014, No– 4, maddə 338, No– 10, maddə 1152) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddə üzrə:
1.1. 1-ci hissəyə “verilməsinin,” sözündən sonra “yaşıllıqları mühafizə tədbirlərinin,” sözləri əlavə edilsin;
1.2. 3-cü hissəyə “vəsaitlər,” sözündən sonra “yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri,” sözləri əlavə edilsin.

2. 28-ci maddəyə aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:
“1.7-1. yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə;”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 398-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU