"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununu “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 4, maddə 171; 2006, No– 12, maddə 1005; 2016, No– 6, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.2-ci maddəyə “meşələrin,” sözündən sonra “yaşıllıqların,” sözü əlavə edilsin.
2. 2-ci maddəyə “Ətraf mühitin mühafizəsi haqqında”,” sözlərindən sonra “Yaşıllıqların mühafizəsi haqqında”,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 399-VQD
Fayl şəklində yüklə