"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 5, maddə 310; 2008, No– 6, maddə 464) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddə üzrə:
1.1. 11.1-ci maddədə “yazılı müqavilə” sözləri “müqavilə və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 11.3-1-ci maddə əlavə edilsin:
“11.3-1. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qanuna uyğun həyata keçirilir.”.

2. 12.4.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.4.4-cü maddə əlavə edilsin:
“12.4.4. sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında verildikdə, həmin orqanın adı.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 400-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU