"Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8, maddə 604; 2007, No– 5, maddə 442; 2008, No– 11, maddə 958; 2009, No– 7, maddə 517; 2010, No– 4, maddə 276; 2014, No– 10, maddə 1148; 2016, No– 3, maddə 409) 5.0.2-ci maddəsində “Poçtla” sözü “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq, poçtla” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il
No– 418-VQD
Fayl şəklində yüklə