"Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

"Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:

"Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 374) aşağıdakı dəyişikliklər edilsin:

I. Qanunun adında və 1-ci maddəsində "Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya" sözləri "Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiyaya" sözləri ilə əvəz edilsin.

II. 1-ci maddədə "29 dekabr 1972-ci il" sözləri "13 noyabr 1972-ci il" sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il
No– 450 - IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU