"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 2, maddə 75) aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:
“11.3. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, teatr tamaşası göstərilərkən reklam teatrın foyesində yayımlana bilər. Teatr tamaşasının gedişində reklam yayımlanması qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il
No– 421-VQD
Fayl şəklində yüklə