"Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan  Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 5, maddə 399; 2008, No– 6, maddə 462; 2009, No– 12, maddə 954) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

2. 11.3-cü maddədə “qanunvericiliyə” sözü “bu Qanunun 11.4-cü maddəsində göstərilən normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

3. 11.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.”.

4. 13.1-ci maddədən “zəruri” sözü çıxarılsın.

5. 18.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

6. 25.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin.

7. 29.2-ci maddədən “bir qayda olaraq,” sözləri çıxarılsın.

8. 31.5-ci maddədə “yönəldilir” sözündən sonra “, həmçinin maliyyə bazarlarına nəzarət orqanına ödənilir” sözləri əlavə edilsin.

9. 35.1-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilsin.

10. 36-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2016-cı il
No– 425-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU