"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır :
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 2, maddə 79) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.3-cü maddədə “müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” sözləri “tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” sözləri ilə əvəz edilsin.
2. 6.2-ci maddədə “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilsin.
3. 6.3-cü maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri çıxarılsın, “verilə bilər” sözləri “qanunla müəyyən edilir” sözləri ilə əvəz edilsin.
4. 6.4-cü maddədə “göstərilə bilər” sözləri “göstərilir” sözü ilə əvəz edilsin.
5. 7.1-ci və 8.0.3-cü maddələrdən “zəruri” sözü çıxarılsın.
6. 11-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il
No– 426-VQD
Fayl şəklində yüklə