"Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 24-cü bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 8, maddə 482; 2007, No– 10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin üçüncü hissəsindən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.
2. 20-ci maddənin üçüncü hissəsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin, yeddinci hissəsindən isə “lazımi” sözü çıxarılsın.
3. 30-cu maddədə “olaraq” sözündən sonra “inzibati və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il
No– 427-VQD
Fayl şəklində yüklə