"Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 138; 2003, No– 4, maddə 178; 2005, No– 4, maddə 278; 2006, No– 3, maddə 223) 10-cü maddəsindən “dövlət inhisarında olmaqla” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2016-cı il
No– 475-VQD
Fayl şəklində yüklə