"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 4, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:

1.  1.0.2-ci maddədə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.

2.  həmin Qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilsin.

3. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 5-ci maddə əlavə edilsin:

5.

Teleradio yayımı fəaliyyəti:

5.1.

ümumrespublika televiziya yayımı

5.2.

Bakı şəhəri üzrə televiziya yayımı

5.3.

regional televiziya yayımı

5.4.

ümumrespublika radio yayımı

5.5.

Bakı şəhəri üzrə radio yayımı

5.6.

regional radio yayımı

5.7.

əlavə informasiya yayımı

5.8.

abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı

5.9.

abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı

5.10.

peyk yayımı

5.11.

xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

 


İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 noyabr 2016-cı il
No– 404-VQD


 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU