"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, No– 9, maddə 788; 2013, No– 7, maddə 776; 2014, No– 7, maddə 778, No– 12, maddə 1523; 2016, No– 2, maddə 185, No– 3, maddə 414) aşağıdakı dəyişikliklər edilsin:
1. 53.1-ci maddədə “icarəyə götürmüş” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilsin.
2. 65.1-ci maddədə “icarəyə götürmüş” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2016-cı il
No– 490-VQD
Fayl şəklində yüklə