Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 17, No– 5, maddə 323; 2002, No– 5, maddə 236; 2003, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005, No– 4, maddələr 277, 278; 2006, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1046; 2009, No– 6, maddə 402; 2010, No– 2, maddə 75, No– 4, maddə 276; 2011, No– 6, maddələr 471, 476, No– 7, maddələr 583, 619, No– 12, maddələr 1096, 1105; 2012, No– 5, maddə 411, No– 6, maddə 511; 2013, No– 5, maddə 472, No– 6, maddə 625, No– 11, maddələr 1266, 1307; 2015, No– 6, maddə 677, No– 12, maddə 1435; 2016, No– 5, maddə 836, No– 6, maddə 1016; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 335-VQD nömrəli və 16 dekabr tarixli 455-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 231.3-cü maddənin birinci cümləsində “İcra üzrə icraatın dayandırılması” sözləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması)” sözləri ilə əvəz edilsin.
2. 234-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 234. Qətnamənin icra edilməsi
234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur:
234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2016-cı il
No– 496-VQD
Fayl şəklində yüklə