"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır :
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 12, maddə 1080; 2007, No– 8, maddə 756; 2010, No– 3, maddələr 171, 172; 2011, No– 3, maddə 162, No– 7, maddə 617; 2012, No– 5, maddə 405, No– 7, maddə 653; 2015, No– 2, maddə 81, No– 11, maddə 1291; 2016, No– 6, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.1.2-ci və 56.3-cü maddələrə (birinci halda) “şəxslər” sözündən sonra “(o cümlədən publik hüquqi şəxslər)” sözləri əlavə edilsin.
2. 29.1.7-ci, 29.1.12-ci və 29.1.24-cü maddələrə (birinci halda) “şəxslərin” sözündən sonra “(o cümlədən publik hüquqi şəxslərin)” sözləri əlavə edilsin.
3. 37.1.10-cu maddədə “o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi” sözləri “həmçinin ictimai funksiyaları yerinə yetirən hüquqi (o cümlədən publik hüquqi)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il
No– 507-VQD
Fayl şəklində yüklə