Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli qanunlarının tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2, I kitab, maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 9, maddə 1559, No– 10, maddə 1608; No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788; Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 366-VQD nömrəli, 11 noyabr tarixli 387-VQD nömrəli, 396-VQD nömrəli, 29 noyabr tarixli 429-VQD nömrəli və 16 dekabr tarixli 457-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci və 5.2-ci maddələrdə “(vəzifəli şəxslər)” sözləri “, qurumları və vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

2. 10-cu maddəyə “orqanları” sözündən sonra “(qurumları)” sözü əlavə edilsin.

3. 17-ci maddənin “Qeyd” hissəsinə “müəssisələrində” sözündən sonra “, o cümlədən publik hüquqi şəxslərdə” sözləri əlavə edilsin.

4. 46.2-ci və 115.4.2-ci maddələrə “orqanlarına” sözündən sonra “(qurumlarına)” sözü əlavə edilsin.

5. 99.1.2-ci maddədə “və təşkilatlarından” sözləri “(qurumlarından)” sözü ilə əvəz edilsin.

6. 288.0.1-ci maddədə “, satışına və tətbiq edilməsinə” sözləri “və satışına” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2017-ci il
No– 509-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU