Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, No– 9, maddə 787; 2014, No– 10, maddə 1155, No– 11, maddə 1368; 2016, No–11, maddə 1791) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci maddəyə “Qanunundan,” sözündən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 224-cü maddə üzrə:
2.1. 224.1-ci maddəyə “Gömrük tarifi haqqında”,” sözlərindən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”,” sözləri əlavə edilsin;
2.2. 224.3-cü maddədə “Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal edilən” sözləri  “Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi” sözləri ilə əvəz edilsin və “xüsusi rüsumlar və” sözləri çıxarılsın;
2.3. aşağıdakı məzmunda 224.3-1-ci maddə əlavə edilsin:
“224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq olunur.”.

3. 267.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 267.1.3-cü maddə əlavə edilsin:
“267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral  2017-ci il
No– 517-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU