"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 301-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, No– 7, maddə 813; 2016, No– 3, maddə 411, No– 11, maddə 1756) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.3.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.6-cı maddə əlavə olunsun:
“6.3.6. investisiya qiymətli kağızlarının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxılarsa).”.
2. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“23.1. İnvestisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılır. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır.”.
3. 91.1-ci maddə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il
No– 520-VQD
Fayl şəklində yüklə