Azərbaycan Respublikasının Lənkəran rayonu ərazisində Lüvəsər bələdiyyəsinin yaradılması haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Lənkəran rayonu ərazisində Lüvəsər bələdiyyəsinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Lənkəran rayonunun Kərgəlan bələdiyyəsinin əhatə etdiyi Lüvəsər kəndində Lüvəsər bələdiyyəsi yaradılsın.

II. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Lənkəran rayonu" bölməsində aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1) 10-cu sırada "Kərgəlan bələdiyyəsi" sözlərinin qarşısındakı "Kərgəlan və Lüvəsər kəndləri" sözləri "Kərgəlan kəndi" sözləri ilə əvəz edilsin;

2) aşağıdakı redaksiyada yeni 11-ci sıra əlavə edilsin:

"11. Lüvəsər bələdiyyəsi - Lüvəsər kəndi"

3) 11-64-cü sıralar müvafiq olaraq 12-65-ci sıralar hesab edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2003-cü il
No– 459-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU