Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı tərkibdə təşkil edilsin:
Abbasova Mahirə Həsrət qızı - AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru;
Cəfərov Nizami Qulu oğlu - Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;
Həbibbəyli İsa Əkbər oğlu - Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik;
Hüseynov Rafael Baba oğlu - Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik;
İbrahimli Fəzail Feyruz oğlu - Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafed-rasının professoru, tarix elmləri doktoru;
Qarayev İdrak Akif oğlu - Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri;
Quliyev Musa İsa oğlu - Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru;
Mahmudov Yaqub Mikayıl oğlu - Milli Məclisin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;
Məmmədov Ramiz Mahmud oğlu - AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;
Məşədiyev Qara İbrahim oğlu - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;
Vəlixanlı Nailə Məmmədəli qızı - AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru, akademik.
2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 1 dekabr 2015-ci il
No– 26-VQR
Fayl şəklində yüklə