"Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  qərara alır:

“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının 1992-ci il 7 iyul tarixli 201 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 13, maddə 492; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 141) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Qızıl Ulduz” medalının təsviri”ndə:
1.1. ikinci hissənin ikinci cümləsində “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;
1.2. üçüncü hissədə:
1.2.1. birinci cümlədə “ilgək və halqa vasitəsi ilə ölçüsü 27 mm x 20 mm” sözləri “ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə ölçüsü 37 mm x 50 mm” sözləri ilə əvəz edilsin, “beşkünc” sözü çıxarılsın;
1.2.2. ikinci cümlədə “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözü ilə əvəz edilsin;
1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Medala paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan qəlib əlavə olunur. Qəlibin üzərində 5 mm ölçüdə, qızılı rəngli ay və ulduz təsvir olunmuş dairəvi element vardır.”.

2. Həmin Qanunla təsdiq edilmiş Azərbaycanın Milli Qəhrəmanının “Qızıl Ulduz” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 65-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU