"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 404; 2002, No– 12, maddə 706; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2006, No– 2, maddə 64, No– 12, maddə 1005; 2007, No– 1, maddə 4; 2009, No– 5, maddə 308; 2010, No– 7, maddə 579; 2011, No– 2, maddə 71; 2012, No– 11, maddə 1038; 2013, No– 6, maddə 615; 2015, No– 11, maddə 1280) 8-ci maddəsinin üçüncü hissəsində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il
No– 559-VQD
Fayl şəklində yüklə