"Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 16, maddə 213; 1995, No– 9, maddə 177, No– 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 1, maddə 16, No– 2, maddə 66; 1999, No– 5, maddə 283, No– 7, maddə 395; 2001, No– 12, maddə 731; 2004, No– 4, maddələr 199, 202, No– 7, maddə 505; 2005, No– 8, maddə 684; 2006, No– 4, maddə 315; 2007, No– 5, maddə 401, No– 11, maddə 1078; 2013, No– 3, maddə 221) preambulasında “və milli təhlükəsizlik” sözləri “, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il
No– 558-VQD
Fayl şəklində yüklə