"Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 6, maddə 559; 2008, No– 7, maddə 602; 2014, No– 4, maddə 334) 11.1.3-cü maddəsində və 12.2-ci maddəsinin birinci cümləsində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il
No– 557-VQD
Fayl şəklində yüklə