"Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar q ə r a r a a l ı r :
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 1, maddə 23; 1999, No– 4, maddə 228; 2007, No– 5, maddə 401) 5-ci maddəsinin üçüncü hissəsində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini” sözləri “müvafiq icra hakimiyyəti orqanını” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il
No– 554-VQD
Fayl şəklində yüklə