"Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər növ təhlükəli cinayətlərlə mübarizə sahəsində GUÖAM iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
"Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər növ təhlükəli cinayətlərlə mübarizə sahəsində GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. 2002-ci il iyulun 20-də Yalta şəhərində GUÖAM-ın Zirvə Toplantısında imzalanmış "Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər növ təhlükəli cinayətlərlə mübarizə sahəsində GUÖAM iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında" Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2003-cü il
No– 467-IIQ

