Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 6, maddə 274, No– 12, I kitab, maddə 680; 2004, No– 6, maddə 416, No– 11, maddə 891; 2005, No– 2, maddə 62, No– 4, maddə 278, No– 7, maddələr 576, 584, No– 12, maddə 1091; 2007, No– 7, maddə 712; 2008, No– 6, maddə 457; 2009, No– 2, maddə 44; 2010, No– 4, maddə 276, No– 7, maddə 592; 2011, No– 3, maddə 163; 2012, No– 5, maddə 409; 2013, No– 6, maddə 592; 2015, No– 5, maddə 490) aşağıdakı dəyişikliklər edilsin:
1. 94.1-ci maddədə, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddədə “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz edilsin.
2. 97.2.2-ci maddənin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il
No– 578-VQD
Fayl şəklində yüklə