Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115; 2012, No– 6, maddələr 500, 513, No– 7, maddə 652, No– 9, maddə 841, No– 12, maddə 1226; 2013, No– 2, maddə 91, No– 4, maddə 366, No– 11, maddə 1278, No– 12, maddələr 1483, 1486, 1495; 2014, No– 2, maddələr 94, 98, No– 7, maddə 770, No– 8, maddə 957, No– 10, maddə 1158, No– 12, maddə 1525; 2015, No– 1, maddə 11, No– 12, maddə 1433; 2016, No– 2, I kitab, maddə 207, No– 3, maddələr 396, 402, No– 5, maddə 848, No– 6, maddələr 973, 974, No– 7, maddə 1245, No– 10, maddə 1603, No– 11, maddələr 1752, 1792, 1793, No– 12, maddələr 2001, 2037, 2046) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 13.2.41-1-ci maddə əlavə edilsin:
“13.2.41-1. Publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur.”.

2. 24.0.7-ci maddəyə “kommersiya” (birinci halda) sözündən sonra “və publik” sözləri əlavə edilsin.

3. 33-cü maddə üzrə:
3.1.   33.1-ci maddənin ikinci bəndinin birinci cümləsinə “şəxslərinə,” sözündən sonra “publik hüquqi şəxslərə,” sözləri əlavə edilsin;
3.2. 33.4-cü maddənin birinci bəndinin birinci cümləsinə “şəxsləri,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilsin.

4. 34.1-ci maddənin birinci, ikinci və üçüncü bəndlərinə “şəxsləri,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilsin.

5.  58.7-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:
58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;
58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;
58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;
58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə;
58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə;
58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə;
58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə;
58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə.”.

6. 58.8-ci maddənin birinci abzasında “130-1-ci” sözləri “130.1-1-ci” sözləri ilə əvəz edilsin. 

7. 190.2-ci maddəyə “almaz” sözündən sonra “, xəz-dəri məmulatları” sözləri əlavə edilsin.

8. 190.4-cü maddənin birinci abzasına “almaza” sözündən sonra “, xəz-dəri məmulatlarına” sözləri əlavə edilsin.

9. 202.0.3-cü maddədən “və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda” və hər iki halda “və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu” sözləri çıxarılsın.

10. 218.5.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218.5.7-ci maddə əlavə edilsin:
“218.5.7. publik hüquqi şəxslər.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
No– 618-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU